Oteldə PARTLAYIŞ - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var

Oteldə PARTLAYIŞ - 12 nəfər ölüb, dağıntılar altında qalanlar var
10:42 25 Oktyabr 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində xaricilər üçün oteldə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 12 nəfərin ölməsi barədə məlumat verilib.

Polisin verdiyi məlumata görə, 10 nəfər məktəbə daxil olmaq üçün gəlmiş şəxs olub, bir nəfər isə onları müşayiət edən şəhər sakini olub. Partlayışın 12-ci qurbanı haqqında hələ məlumat yoxdur.

Hadisə yerində xilasetmə işləri aparılır. Hazırda dağıntılar altından 10 nəfərin çıxarıldığı bildirilir, dağıntılar altında daha nə qədər adam olması barədə dəqiq məlumat yoxdur.

Polis binada yenə partlayışlar olmasından ehtiyat edir. Partlayışın "Əş-Şəbəb" terror birləşməsi tərəfindən törədilməsi ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR