Məşhur veriliş Azərbaycanda da yayımlanacaq - VİDEO

Məşhur veriliş Azərbaycanda da yayımlanacaq - VİDEO
10:49 25 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

 

Əməkdar artist Murad Dadaşov məşhur “Deal or no deal” layihəsini Azərbaycana gətirib. Lent.az-ın məlumatına görə, Azərbaycan versiyasında “Davam, ya tamam” adlanacaq proqramın yayım günü bəlli olub. Belə ki, veriliş hər həftənin bazar ertəsi saat 22:00-da ATV-də efirə gedəcək.


 
M.Dadaşov bildirib ki, dünyada məşhur olan “Endomol shine group”la rəsmi müqavilə imzalayıb. Bu şirkətin maraqlı layihələrinin Azərbaycanda rəsmi təmsilçisi şoumenin sahibi olduğu “M group production” olacaq. Qeyd edək ki, bu layihə Türkiyədə Acun Ilıcalının aparıcılığı ilə "Varmısın, yokmusun" adı altında çox böyük məşhurluq qazanmışdı. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR