Böyük müharibəyə aparan yeni dövlət təklifi

Böyük müharibəyə aparan yeni dövlət təklifi
11:13 25 Oktyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Mosul əməliyyatı zamanı İŞİD-in Suriyaya keçməsinə icazə verilməlidir.

Publika.az
xəbər verir ki, bu barədə İngiltərənin “The Economist” nəşri yazıb.

Nəşr qeyd edir ki, əməliyyata qatılan qruplar İŞİD-lə ölənə qədər döyüşmək məcburiyyətində qala bilər.

“Buna imkan verməmək üçün İŞİD döyüşçülərinin Mosuldan çıxmasına icazə verilməlidir. Onların Şərqi Suriyaya keçidi təhlükəsiz şəraitdə təmin olunmalıdır. Mosulun qan tökülmədən təslim edilməsinin əvəzində, Şərqi Suriyada “İslam dövləti”nin mövcudluğuna icazə verilməlidir”, - deyə məqalədə bildirilir.

Qeyd edək ki, Mosul əməliyyatında İŞİD-ə Suriyaya keçmək üçün dəhlizin verilməsi Rusiya tərəfindən sərt qarşılanıb. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, İŞİD üzvləri Suriyaya gələcəklərsə, Moskva bunun qarşısını almaq üçün hərəkətə keçəcək, hətta Mosul əməliyyatına müdaxilə edəcək. Ekspertlərə görə, bunun baş verməsi bölgədə böyük güclərin müharibəsi ilə nəticələnə bilər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR