Özcan Deniz, Aslı Enver və Məryəm Uzerli eyni layihədə

Özcan Deniz, Aslı Enver və Məryəm Uzerli eyni layihədə
11:16 25 Oktyabr 2016
90 Şou
Ölkə mətbuatı
A- A+

Baş rolunu Nurgül Yeşilçayla paylaşdığı "İkinci şans" filminin təqdimatına hazırlaşan Özcan Denizin qarşıda yeni layihələri də var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, gələn il "İstanbullu gəlin" adlı serialla Star TV-də görünəcək. Müğənni və aktyorluqdan başqa özünü rejissorluqda sınayan Ö.Deniz daha bir filminin də hazırlıqlarına başlayıb.

Sənətçinin qorxu və triller janrında olacaq filmi üçün Aslı Enver və Məryəm Uzerli ilə müqavilə bağladığı deyilir. Özcan layihənin detalları haqqında danışmayaraq "Daha öncə çəkilməmiş bir şey edəcəyik" deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR