Zığda sürüşmə: Evlər təhlükədə!

Zığda sürüşmə: Evlər təhlükədə!
11:33 25 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

“Son günlər atmosfer çöküntülərinin təsirindən Zığda sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə edilir”.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində torpaq qatındakı çatlarda, qırılma xətlərində genişlənmələr müşahidə edilib: “Zığ sürüşmə sahəsində lokal sahələrdə uçqun prosesi də baş verib. Buna səbəb maili yamacın şaquli kəsilməsi nəticəsində dayanıqlığını itirməsidir. Atmosfer yağıntıları təsirindən uçqun baş verib”.

R.Həsənov onu da əlavə edib ki, Masazır sürüşmə sahəsində Mirzə İbrahimov küçəsində, Əhmədli qəsəbəsində 48 saylı məktəbin idman meydançasında bir neçə gün əvvəl atmosfer yağıntılarının təsirindən uçqun baş vermişdi. Hazırda isə ərazidə sabitlik müşahidə edilir.

Subasma hadisələrinə gəldikdə, R.Həsənov Binəqədi və Sabunçu rayonları ərazisindəki qrunt sularının hələ tam çəkilmədiyini bildirib: “Binəqədidə və Sabunçu rayonu “Savalan”, “Daş karxanası”, “Şuşa şəhərciyi” yaşayış massivlərində su basması müşahidə edilir. Aidiyyatı qurumlar ərazidən suyun çəkilməsi üçün tədbirlər həyata keçirir. Biz monitorinq apardığımız müddətdə də bunu müşahidə etmişik. Lakin qrunt suları yağış kəsilən kimi çəkilmir. Bunun üçün həm də vaxt lazımdır, çünki ərazi çox böyükdür”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR