Oğuzda icra nümayəndəliyinin binasından oğurluq olunub

Oğuzda icra nümayəndəliyinin binasından oğurluq olunub
11:42 25 Oktyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Oğuz rayonunda icra nümayəndəliyinin binasından oğurluq edilib. "Report"un məlumatına görə, hadisə rayonun Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasında qeydə alınıb. 
Belə ki, naməlum şəxs və ya şəxslər inzibati binaya daxil olaraq oradan noutbuk, mikrafon və kamera oğurlayıblar. 
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov saxlanılıblar. Saxlanılan şəxslərin rayon ərazisində fəaliyyət göstərən, Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd etmələri də məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/oguzda-icra-numayendeliyinin-binasindan-ogurluq-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR