Gömrükçülər Gürcüstandan qanunsuz gətirilən dərmanları müsadirə etdi - FOTO

Gömrükçülər Gürcüstandan qanunsuz gətirilən dərmanları müsadirə etdi - FOTO
11:43 25 Oktyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon “Kalsiy Folinat”, 9 flakon “Citozar”, 6 flakon “Docetaxel AqVid “, 20 flakon “Gemcitabin”, 98flakon “Ciklofosfan”, 9 flakon “Docetaxel Accord”, 30 flakon “Oxaliplatin”, 30 flakon “Oncosid” və hər birində 5 ampula olmaqla 6 qutu “Oncofluor” dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR