Aziz Yıldırım özündən çıxdı - FOTO

Aziz Yıldırım özündən çıxdı - FOTO
11:57 25 Oktyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə Superliqasının 8-ci turunda keçirilən "Konyaspor" - "Fənərbağça" oyununda (0:1) gərgin anlar yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Emenikenin penaltidən vurduğu qoldan sonra azarkeşlər qarşılaşmanı tribunadan izləyən "Fənərbağça"nın ehtiyat və U-21 komandasının oyunçularına  etirazını bildirib və onlara kənar əşyalar atıblar.

Qarşılaşmanı stadiondan izləyən "Fənərbağça"nın prezidenti Aziz Yıldırım və nümayəndələr oturduqları yerdən qalxaraq bu duruma müdaxilə edib.

A.Yıldırım tribunada çətin anlar yaşayan oyunçuları əli ilə yanına çağırıb. Ancaq  onun bu hərəkəti azarkeşlər tərəfindən fərqli başa düşülüb.

Onlar bu dəfə Ə.Yıldırım və nümayəndələrin yanına gedərək onlara etirazlarını bildiriblər. Polisin müdaxiləsi ilə azarkeşlər sakitləşdirilib.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR