Rayon icra başçısı pambıq yığımında iştirak edib

Rayon icra başçısı pambıq yığımında iştirak edib
12:07 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Beyləqan. 25 oktyabr. REPORT.AZ/ Beyləqan rayon icra hakimiyyətinin başcısı Vaqif Abdullayev pambıq əkən fermerlərə dəstək aksiyasında iştirak edib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, icra başçısı təhsil, mədəniyyət və səhiyyə işçiləri ilə birlikdə pambıq yığımına qatılıb. 
Hazırda Beyləqanda pambıq yığımı davam edir. Hava şəraitinə görə məhsul tarlalardan qısa müddətdə toplanmalıdır. Havaların yağmurlu keçməsi pambıq yığımının ləngiməsi, məhsulun sahələrdə qalması ilə nəticələnə bilər.
Qeyd edək ki, Beyləqan rayon statistika idarəsinin verdiyi məlumata görə, 2016-cı ildə rayonda 3958 hektar sahədə pambıq becərilib. Bu, ötən illə müqayisədə 1879 hektar çoxdur. Bu günədək tarlalardan 3245 ton məhsul toplanıb. Yığılan pambıq rayonda faliyyət gösətərən iki pambıq istehsalı və emalı zavoduna təhvil verilir.




Xəbərin orijinal ünvanı: http://report.az/ask/rayon-icra-bascisi-pambiq-yigiminda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR