“Poroşenko cari vəziyyətin öhdəsindən gələ bilmir və
başqa variantlar təklif edir. Minsk razılaşmasının icrasını həyata
keçirə bilmir. Çünki bu gün Ukraynanı idarə edən digər siyasi
strukturlar buna imkan verməyəcəklər. Lakin mən Poroşenkoya
alternativlər haqda düşünməməyi məsləhət görərdim. Ona Azərbaycan
prezidenti Heydər Əliyevin yolunu getməyi tövsiyə edərdim”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət
Dumasının MDB işləri və Avrasiya inteqrasiyası üzrə komitənin
rəhbəri Leonid Kalaşnikov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev daha çətin vəziyyətdə ağıllı
addımlar atdı: “90-cı illərin əvvəlində ölkədə anarxiya hökm
sürürdü, Bakıda silahlı qruplar hökm sürür, rusdilli əhali köçüb
gedirdi. Belə vəziyyətdə bütün təhlükələrə baxmayaraq, Heydər
Əliyev quldur dəstələrinin başçısı Hüseynovla danışıqlara getdi.
Sonra Əliyev böyük rusları Azərbaycanı tərk etməməyə inandırmaq
üçün onların yanına getdi. Deməli prezident öz ölkəsinin
problemlərini belə həll edir, əgər o, ölkəni doğma hesab
edirsə”.
Kalaşnikov qeyd edib ki, Poroşenko prezident olanda bunu etməyə söz
vermişdi: “Lakin o, atəşi dayandırmadı, öz xalqına qarşı müharibəni
davam etdirdi. İndi isə alternativlər haqda düşünür”.
Asif