“Bank Standard”ın əmanətçiləri 319 mln. manat kompensasiya alıb

“Bank Standard”ın əmanətçiləri 319 mln. manat kompensasiya alıb
12:08 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan Publika.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 590,131 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 32,883 mln. manat, “Zaminbank” ASC - 51,022 mln. manat, “Kredobank” ASC - 23,075 mln. manat, “Dekabank” ASC - 2,858 mln. manat, “Atrabank” ASC - 14,11 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,876 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,091 mln. manat, “Gəncəbank” ASC - 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçiləri 119,978 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 319,269 mln. manat kompensasiya alıblar.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/173438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR