Avropa Sarkisyana qarşı - Babayan Oskanyanla birləşir

Avropa Sarkisyana qarşı - Babayan Oskanyanla birləşir
12:12 25 Oktyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Qarabağda erməni separatçılarının sabiq ordu komandanı Samvel Babayan keçmiş xarici işlər naziri Vardan Oskanyanın yaratdığı "Birləşmə" partiyasını açıq şəkildə dəstəkləməyə başlayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Babayan adı çəkilən partiyaya nüfuzlu şəxsləri cəlb etmək üçün son günlər bir sıra görüşlər keçirr.

Qəzet yazır ki, Robert Koçaryanın dövründə xüsusi xidmət orqanının rəhbəri olan Karlos Petrosyan da sabiq xarici işlər nazirinin yaratdığı partiyanın lehinə iş aparır. 

"Bizdə olan məlumata görə, Karlos Petrosyan etiraf edib ki, Oskanyan Avropa İttifaqının səfirləri ilə son görüşü zamanı onların Ermənistanda keçiriləcək seçkilərdə tələsik qiymətləndirmə verməməsi ilə bağlı razılığa gəlib. Oskanyanın iddiasına əsasən, Avropadan olan səfirlər seçkiqabağı proseslər zamanı müxalifətə dəstək verəcəklərinə dair söz veriblər", - Jamanak yazır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR