“Türk Axını” 2019-cu ildə istifadəyə veriləcək

“Türk Axını” 2019-cu ildə istifadəyə veriləcək
12:28 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən böyük qaz şirkəti “Qazprom”un rəhbəri Aleksey Miller "Türk Axını" təbii qaz boru xəttinin iki qolunun 2019-cu ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, “Qazprom” rəhbəri Aleksey Miller hökumətlərarası razılaşmanın Rusiya Dövlət Başçısı Vladimir Putinin oktyabrın 10-da İstanbula səfəri zamanı imzalandığını xatırladıb.

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Layihə çərçivəsində hər birinin gücü ildə 15,75 milyard kubmetr olan 4 kəmərin çəkilməsi, Rusiya qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni marşrutun yaradılması planlaşdırılıb. İlk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. Layihənin ümumi dəyər 11,4 milyard avrodur. Boru xəttinin dəniz qismi üçün inşaat və maliyyə işləri “Qazprom”a aid olacaq. Xəttin Türkiyə torpaqlarına düşən hissəsində infrastruktur və qazın alınacağı terminal BOTAŞ tərəfindən tikiləcək.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/enerji/173442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR