Şabranda qardaş qardaşı baltaladı

Şabranda qardaş qardaşı baltaladı
12:38 25 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda 32 yaşlı kişi qardaşını baltalayıb.

Hadisəyə səbəb mübahisə olub.

Belə ki, 32 yaşlı Vüsal Əsgərov yaşadığı evdə qardaşı Zəka Əsgərovla mübahisə edib. Aralarında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Dava zamanı V.Əsgərov qardaşı Z.Əsgərovun baş nahiyəsinə balta ilə zərbə endirib. Ağır xəsarət alan Z.Əsgərov Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Əsgərovun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb. Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə V.Əsgərov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR