"Həmişə 90-60-90 ölçüdəyəm" - əməkdar artist

"Həmişə 90-60-90 ölçüdəyəm" -  əməkdar artist
12:51 25 Oktyabr 2016
156 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Naina İbrahimova “Xüsusi təyinatlı İbad” filminin qala gecəsinə qatılıb.

Axşam.az-a açıqlama verən aktrisa dəvətlərə az getməsinin səbəbini açıqlayıb:

“Dəvət olunduğum yerlərə gedirəm. Bu film isə vətənpərvərlik mövzusundadır. Sevindirci haldır ki, ölkəmizdə bu cür filmlər çəkilir. Belə mövzulara tez-tez müraciət olunmalıdır ki, uşaqlarımız vətənpərvər ruhda böyüsünlər. Lazımlı filmlər ölkədən kənarda da nümayiş olunmalıdır. Qoy hamı günahsız insanların necə öldürüldüyünü görsünlər. Qəhrəmanlarımız vətənimiz, bizim üçün döyüşüb, canlarından keçiblər. Dünya bu haqsızlığı tanımalıdır".

N.İbrahimova çəkisindən danışıb:

“Hamiləlik vaxtı 13 kiloqram kökəlmişdim, amma sonra həmin çəkini də verdim. Heç vaxt arıqlamıram və kökəlmirəm. Həmişə 90-60-90 ölçüdəyəm. Xüsüsu pəhrizim yoxdur, az yeyirəm. Bu qədər arıq olmaq genetikdir”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59859

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR