Mühərriksiz gəmi ilə dünya səyahəti və dənizdə doğulan 7 uşaq – FOTO/VİDEO

Mühərriksiz gəmi ilə dünya səyahəti və dənizdə doğulan 7 uşaq  – FOTO/VİDEO
12:58 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Düşünün, təksiz, yanınızda heç kim yoxdur və böyük okeanlar, dənizlərdir yol yoldaşınız. Təkbaşına aylarla, hətta illərlə bütün dünyanı dolaşa bilərdinizmi?

Sizi bilmirik amma, belələri var, həm də üzmə bilmədən ...

Publika.az üzmə bilmədən öz gəmisi ilə bütün dünyaya təkbaşına səyahət edən adam - Coşua Slokumun hekayəsini sizə təqdim edir:

Coşua Slokum 1844-cü ildə doğulmuş dəniz tutqunu olan bir adam idi. Lakin o, üzməyi heç cür öyrənə bilməmişdi. O, 51 yaşındaykən dünya tarixinə keçəcək səfərinə başlayır, tam 3 il ərzində 74 min km qət edərək, bütün dünyanı gəzir. Səfəri zamanı mühərriki belə olmayan gəmisiylə bütün təhlükəli yerləri keçməyi bacarır. Dövrün usta dənizçilərinin çətinlik çəkdiyi yerlərdən cəsarətlə keçə bilir.

Kanadada 11 uşaqlı bir ailənin beşinci övladı olaraq dünyaya gələn Coşuanın babası də dənizçi imiş. Onun sayəsində Coşua da kiçik yaşlardan etibarən dənizlə maraq duyur, ancaq ciddi və intizamlı bir adam olan atasının dükanında balıqçılar üçün dəri ayaqqabı emalatxanasında çalışmaq məcburiyyətində qalır. Bütün bunlara baxmayaraq, onu ayaqqabı dərisi qoxusu yerinə dəniz qoxusu cəzb edir və ailə mühitindən uzaqda, dənizdə, macəra dolu bir həyatın həsrətini çəkir.

Bu xəyalının uğrunda dəfələrlə evdən qaçmaq istəyir, bu istəyi ilk dəfə 14 yaşında uğurlu olur.

Dənizdə doğulan uşaqlar

Coşua bu dövrlərdə bir balıqçı gəmisində işləyir, ancaq qısa müddət sonra evə dönür. Bundan sonra 16 yaşında anasının ölümündən sonra evdən ayrılıb, müxtəlif gəmilərdə Çin, Avstraliya və Yaponiyaya qədər uzanan səfərlərə qatılır.

Coşuanın evləndiyi qadın da özü kimi dəniz tutqunu olub. Evləndikdən sonra o, Coşuaya 13 il boyunca səfərlərində yoldaşlıq edib, bu müddət ərzində hamısı dənizdə ya da xarici limanlarda olmaq üzrə 7 uşaqları doğulub, lakin doğulan uşaqlardan yalnız 4-ü yetkinlik dövrünə çatıb. 1884-ci ildə həyat yoldaşı başqa bir səfərdə xəstələnərək ölür.

Sükana toxunmadan gəmi idarə etmək

Coşua Slokumun səfərlərinin bir çox maraqlı nöqtəsi var idi. O, heç vaxt naviqasiya üçün saniyəölçən istifadə etmirdi. Bundan əlavə, gəmini sükanına toxunmadan idarə edirdi. Göyərtəyə nisbətdə daha uzun olan yelkənlər sayəsində gəmi küləyə qarşı sabit və balanslı bir marşruta sahib idi. Özünün dediyinə görə, yalnız manevr edərkən, ya da təcili vəziyyətlərdə gəmiyə müdaxilə edirdi.

Bu dünya turunun başqa bir özəlliyi ticarət marşrutlarının tam tərs istiqamətində - Qərb-Şərq yönündə olması idi.

Coşua bu möhtəşəm səyahətini başqalarına da izah etmək üçün 1899-cu ildə, səyahətindən 1 il sonra "Sailing Alone Around The World"(İlk dəfə təkbaşına”) adlı kitabını yazır və bununla bütün dünyada məşhur olur.

Dənizdə bitən ömür

Coşuanın hekayəsinin sonu da əvvəli kimi maraqlı olub. İllər keçdikcə kitabından əldə etdiyi gəlirinin azalması nəticəsində maliyyə çətinliyi yaşamağa başlayan Kapitan Slokum 1909-cı ilin noyabrında başqa bir kitab razılaşması ümidiylə Cənubi Amerikaya doğru yola çıxır. Bundan sonra ondan bir daha xəbər alınmır. İtməsindən 15 il sonra, 1924-ci ildə ölü elan edilir.

Fəxrəndə Dəmirova


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR