Azərbaycanın “El-Klassiko”su

Azərbaycanın “El-Klassiko”su
13:03 25 Oktyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan çempionatında 9-cu tura iki oyunla yekun vurulacaq.

Publika.az xəbər verir ki, günün ilk matçında lider “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. Şübhəsiz, günün, elə turun da maraqla gözlənilən görüşü “Neftçi”ylə “Qarabağ” arasında baş tutacaq. Premyer Liqanın iki köklü klubunun qarşılaşmasında “Qarabağ” şanslı sayılır. “Neftçi”nin vəziyyəti göz önündədi. Bu komanda tarixinin ən pis dövrünü yaşayır. “Köhlən atlar” əzəli rəqiblə matçda qələbə qazanmaqla, bu tur xal itirən “İnter”i geridə qoya bilər. Bu oyunu Azərbaycanın “El-Klassiko”su da adlandırmaq olar.

Premyer Liqa, 9-cu tur

25 oktyabr

16:00 Sumqayıt - Qəbələ

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Sumqayıt. Şəhər stadionu

19:00 Neftçi - Qarabağ

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

Bakı. 8-ci km stadionu

23 oktyabr

Kəpəz - İnter 0:0

24 oktyabr

AZAL - Zirə 1:1

David Canelidze, 64 - Sezar Meza Kolli, 25-p.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR