Bakıda konsert keçiriləcək

Bakıda konsert keçiriləcək
13:32 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Espressione D`Arte Assosasiyası (İtaliya), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Luigi Cherubini Konservatoriyasının (İtaliya, Florensiya) birgə əməkdaşlıq layihəsi çərçivəsində 27 oktyabr saat 18.00 tarixlərində BMA-nın böyük zalında konsert keçiriləcəkdir.

Milli.Az bildirir ki, İtaliya və Azərbaycan musiqi mədəniyyəti və təhsilinin mübadiləsinə əsaslanan layihənin məqsədi tələbə və müəllimlərin mübadilə proqramı və konservatoriyalar arasında təhsil əlaqələrinin inkişafına yönəlmişdir.

Tədbirdə solistlər: Pierluigi Ruggiero (cello), Leonardo De Lisi (tenor), Daria Neçayeva (violin), Giuseppe Sturaçe (tenor) və AR xalq artisti, professor Yeganə Axundova (piano) iştirak edəcəklər.

Proqramda - F.P.Tosti, B.Bartok, F.List, C.Hacıyev, Ü.Hacıbəylinin əsərləri səslənəcəkdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR