Pakistanda törədilən terror hücumuna görə İŞİD məsuliyyəti üzərinə götürüb

Pakistanda törədilən terror hücumuna görə İŞİD məsuliyyəti üzərinə götürüb
13:37 25 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Pakistanın qərbində yerləşən Kvetta şəhərindəki polis məktəbinə edilən və 59 nəfərin ölümünə səbəb olan terror hücumuna görə, məsuliyyəti üzərinə götürüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, polis məktəbi dünən gecə hücuma məruz qalıb. Silahlı qruplaşma avtomatdan atəş açmaqla qaçaraq təlim mərkəzinin ərazisinə, sonra isə yataqxana binasına daxil olub.
Əvvəlcə qruplaşma üzvlərinin beş və ya altı nəfər olduğu bildirilib. Sonradan isə məlum olub ki, hücum edənlərin üçünün üzərində intihar kəməri olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/pakistanda-toredilen-terror-hucumuna-gore-mesuliyyeti-uzerine-i-si-d-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR