Mosul cəhənnəmi davam edir - FOTO

Mosul cəhənnəmi davam edir - FOTO
13:42 25 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

İraq qüvvələri bu gün Mosul şəhərinin kənar bölgələrinə hücumlarını davam etdirib. Şəhərdə İŞİD-ə qarşı əməliyyatlar ikinci həftəsinə daxil olur.

Son iki ildə İŞİD-ə qarşı hava hücumları həyata keçirlən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın xüsusi nümayəndəsi Brett Makqerk Twitter hesabatında yazıb ki, 1 həftəlik kampaniya öz məqsədinə çatıb.

Milli.Az "Amerikanın Səsi"nə istinadən bildirir ki, bugünkü hücumlar əsasən Mosuldan 15 kilometr şərqdəki Bartella yaxınlığını hədəf alıb. İraq qüvvələri ilə yanaşı, kürd döyüşçülər də Mosulun şərqi və cənubunda kiçik qəsəbələrə doğru istiqamət almaqdadır. Onlar Mosul istiqamətində yolu təmizləməyə çalışır.

Son iki ildə İŞİD-ə qarşı hava hücumları həyata keçirlən ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın xüsusi nümayəndəsi Brett Makqerk Twitter hesabatında yazıb ki, 1 həftəlik kampaniya öz məqsədinə çatıb.

Bu gün habelə Human Rights Watch ötən həftə Kərkükdə 13 nəfərin həyatına son qoyan hava hücumlarına dair təhqiqata çağırıb. Hücum İŞİD döyüşçülərinin İraq qüvvələrinin diqqətini Mosuldan yayındırmaq üçün şəhərdə törətdiyi qanlı hücumlar zamanı baş vermişdi.

ABŞ ordu sözçüsü polkovnik Con Dorrian deyib ki, koalisiya hücuma görə məsuliyyət daşımadığından tam əmindir. İraq hökuməti isə hücumu araşdırdığını bildirib.

Milli.Az





















































Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR