Arvadını öldürən şəxsə hökm oxundu

Arvadını öldürən şəxsə hökm oxundu
13:52 25 Oktyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində yaşayan 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq öldürüb. T.Kazımov hadisədən dərhal sonra polisə gedərək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib. Ailənin birgə nikahdan 3 azyaşlı övladı qalıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR