Türkiyə onun başı üçün 4 milyon mükafat vəd etdi

Türkiyə onun başı üçün 4 milyon mükafat vəd etdi
13:53 25 Oktyabr 2016
63 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Daxili İşlər Nazirliyi ”terrordan axtarılanlar” siyahısına FETÖ-ya (Fəthullahçı Terror Təşkilatı) üzv olmaqda ittiham olunan 37 nəfərin adını əlavə edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan 8-i tutulması üçün 4 milyon lirə (təxminən 1,3 milyon dollar) mükafat vəd edilən “qırmızı kateqoriya”da yer alıb.

Onların arasında FETÖ fərarisi, təşkilatın imamlarından biri olan Adil Öksüz də var.

Bəzi məlumatlara görə, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhddə bir nömrəli sivil şəxs olduğu iddia edilən Adil Öksüz Qırğızıstan üzərindən Avstraliyaya qaçıb. Adil Öksüz “paralel dövlət”in mətbu orqanı olan "Yeni Ümid" dərgisində məqalələrlə çıxış edirdi. Adil Öksüzün Fətullah Gülənlə uzun illər yaxın münasibətdə olduğu bildirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR