Cavid Qurbanovdan YENİ TƏYİNATLAR

Cavid Qurbanovdan YENİ TƏYİNATLAR
14:04 25 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan voleybolunda ciddi islahatlara start verilib. Apasport.az saytının məlumatına görə, Cavid Qurbanovun federasiya prezidenti seçilməsindən az sonra qurum rəhbərliyində də böyük dəyişikliklər gerçəkləşib.

 

Belə ki, federasiyanın I vitse-prezidenti Faiq Qarayev, həmçinin digər vitse-prezidentlər Vəsilə Abulova və Vaqif Əliyev postunda qalsalar da, digər rəhbər postlara yeni adlar gətirilib.

 

İndiyədək 3 vitse-prezidenti olan qurumda artıq bu vəzifəni 5 nəfər icra edəcək. Yeni vitse-prezidentlər isə həm də “Azərreyl” və “Lokomotiv”ə rəhbərlik edəcək. “Azərreyl”in yeni prezidenti təyin olunan Elşən Əfəndiyev və “Lokomotiv”də eyni vəzifəyə sahib olan Rəşad Abbasov federasiyada da məsuliyyət daşıyacaq.

 

Federasiyanın baş katibi Elşən İsmayılov isə işinə davam edəcək. Bununla yanaşı, qurumda yeni idman şöbəsi yaradılıb. Buraya AFFA və “Neftçi” futbol klubunda çalışmış Elnur Məmmədov rəhbər təyin edilib.

 

Qeyd edək ki, Əfəndiyev “Azərreyl”də Hicran Vahabovu əvəzləyib. “Lokomotiv” isə ötən ilki “Gənclik”di ki, bu dəfə komanda həm kişi, həm də qadınların yarışında mübarizə aparacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR