Federasiyada vitse-prezidentlərin sayı artırıldı

Federasiyada vitse-prezidentlərin sayı artırıldı
14:08 25 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Voleybol Federasiyasında yeni təyinatlar həyata keçirilib.

Publika.az xəbər verir ki, federasiyada vitse-prezidentlərin sayı artırılıb.

Faiq Qarayev I vitse-prezident, Vaqif Əliyev vitse-prezident vəzifəsində qaldığı halda, Elşən Əfəndiyev ("Azərreyl"in prezidenti), Vəsilə Abulova ("Azərreyl"in vitse-prezidenti) və Rəşad Abasov ("Lokomotiv"in prezidenti) bu posta təsdiqləniblər. Elşən İsmayılov isə baş katib vəzifəsində qalıb.

Daha bir təyinat isə idman şöbəsində gerçəkləşib. Şöbə müdiri vəzifəsi "Neftçi" futbol klubunun keçmiş icraçı direktoru Elnur Məmmədova həvalə olunub. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/173459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR