“Qəbələ”nin zədəliləri “Sent-Etyen”lə oyuna yetişəcəklərmi?

“Qəbələ”nin zədəliləri “Sent-Etyen”lə oyuna yetişəcəklərmi?
14:42 25 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Sumqayıt"ın qonağı olacaq "Qəbələ"nin heyətlə bağlı ciddi problemləri var.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk bugünkü qarşılaşmada 5 futbolçunun xidmətindən məhrum olacaq.

Ukraynalı mütəxəssisi narahat edən əsas məsələ yarımmüdafiəçilərin zədədən əziyyət çəkmələridir. Belə ki, 4 orta sahə oyunçusu Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov, Sergey Zenyov, eləcə də hücumçu Baqali Dabo hazırda müalicə olunmaqla məşğuldurlar.
 
Adları çəkilən futbolçulardan ilk 4-ü bu həftədən etibarən məşqlərə başlayacaq. Onların Avropa Liqasının IV turunda "Sent-Etyen"lə (3 noyabr) Bakıdakı görüşə yetişmələri gözlənilir. Lakin oktyabrın 15-də "İnter"lə matçda zədələnərək 3 həftəlik sıradan çıxan Dabo, çox güman ki, fransızlarla ikinci oyunu da buraxacaq.
 
Qeyd edək ki, bu gün Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" - "Qəbələ" oyunu saat 16:00-da başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR