Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb

Bakıda DYP-yə məxsus avtomobil qəzaya uğrayıb
14:47 25 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda zəncirvari qəza baş verib. 
"Report"un xəbərinə görə, hadisə zamanı biri Dövlət Yol Polisinə məxsus olmaqla 4 avtomobil toqquşub.
Belə ki, Yasamal rayonu ərazisində, Abdulvəhab Salamzadə küçəsindən üzü "Qələbə" meydanına doğru hərəkət edən "Nissan Armada" markalı avtomobilin qarşısına piyada çıxıb. Qəfil əyləcdən istifadə edən "Nissan" markalı avtomobilin arxası ilə hərəkət edən "Hyundai Sonata", "Hyundai ix35" və Yasamal Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus "BMW" markalı avtomobil bir-birinə çırpılıb.
Yasamal Rayon DYPİ-yə məxsus avtomobilin sürücüsü idarə etdiyi xidməti avtomobillə ərazini tərk edib.
Qəza zamanı xəsarət alan olmayıb. Amma hər 4 avtomobilə maddi ziyan dəyib
Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-dyp-ye-mexsus-avtomobil-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR