Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"

Prezident iş adamlarına qəzəbləndi: "Əşyalarınızı yığıb rədd olun"
14:52 25 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı elan edilmiş "müharibə"dən narazı qalan əcnəbi iş adamları "əşyalarını yığıb gedə bilərlər".

Milli.Az bildirir ki, bu barədə Trend "Frans Press" agentliyinə istinadən məlumat verir.

Dövlət başçısı qeyd edib: "Bu halda əşyalarınızı yığıb ölkədən gedə bilərsiniz. Sizi inandırıram ki, biz yaşayacağıq".

Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Daniel Rassel bəyan etmişdi ki, Filippin prezidentinin narkotiklərlə mübarizə üzrə siyasəti iş adamlarının narahatlığına səbəb olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR