"Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar"

"Gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar"
14:52 25 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunmasına çalışırıq. Biz səylərimizi artırmaq istəyirik. İnanıram ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar".

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Yerevandakı mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. 
Onun sözlərinə görə, region sakinlərinin sülh şəraitində yaşamaq hüququ var: "Mənim arzum - Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşamasıdır".
Həmsədr həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ münqaşisəinin həllində vacib məsələ insanlar arasında əlaqədir və vasitəçilər bu əlaqələri dəstəkləməyə çalışırlar".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR