Cavid Hüseynovun adı "Sumqayıt"la oyunun iştirak ərizəsinə daxil edilib

Cavid Hüseynovun adı "Sumqayıt"la oyunun iştirak ərizəsinə daxil edilib
15:02 25 Oktyabr 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin bir neçə gün əvvəl müqavilə imzaladığı sabiq kapitanı Cavid Hüseynov bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"a qarşı keçəcəkləri oyunda meydana çıxa bilər. Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, futbolçunun adı oyunun iştirak ərizəsinə daxil edilib.
Onun adı ehtiyat oyunçular skamyasında yer alıb. Yəni, yarımmüdafiəçi oyunun gedişatında meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, baş məşqçi Roman Qriqorçuk mətbuata açıqlamasında həbsdən yeni azad olmuş futbolçunun fiziki hazırlığından razı qaldığını bildirib, onun bu gün meydanda olacağını istisna etməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR