"Biz yeni ixrac marşrutu təklif edirik” - Prezident

"Biz yeni ixrac marşrutu təklif edirik” - Prezident
15:09 25 Oktyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın dövlət və özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur. Regionumuzda olan dövlətlərə, o cümlədən Xorvatiyanın olduğu regiondakı ölkələrə SOCAR, Dövlət Neft Fondu və özəl şirkətlər tərəfindən milyardlarla ölçülən sərmayələr qoyulub”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda  keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, bu sahədə də imkanlar nəzərdən keçirilməlidir: “Əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər tərəfdən, bizim şirkətlər Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirak edə bilər. Biz eyni zamanda Xorvatiya şirkətlərini Azərbaycana dəvət edə bilərik. Bu gün Azərbaycanda o qədər də çox Xorvatiya şirkətinin fəaliyyət göstərdiyini demək olmaz. Amma dinamik inkişafı nəzərə alsaq, Xorvatiya şirkətlərini böyük məmnuniyyətlə Azərbaycana dəvət edərdik”.

 

Prezident İlham Əliyev bildirib ki, turizm sahəsində Xorvatiyanın çox böyük təcrübəsi var: “Dünən müzakirəmiz zamanı Xorvatiya prezidenti mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də Azərbaycanda turizmi inkişaf etdirmək əzmindəyik. Turizm bizim üçün ənənəvi sektor olmayıb, amma artıq şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də turizmi genişləndirməkdə maraqlıyıq. Artıq turistlərin sayında artım müşahidə edirik. Bu da forumda müzakirə mövzusu ola bilər”.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: “Biz böyük çeşiddə kənd təsərrüfatı məhsulları ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri ilə bağlı da müzakirələr aparıla bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələ var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə qoyuluşu və Azərbaycan şirkətlərinin Xorvatiyada layihələrdə iştirakı məsələləri də bizim üçün olduqca maraqlıdır”.

 

Enerji siyasətindən söz açan prezident İlham Əliyev deyib ki, bu da birgə gündəliyə daxil olan məsələdir: “Azərbaycan və Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Adriatik dənizində kəmərin inşası bizə imkan yaradacaq ki, Xorvatiya bazarına, eyni zamanda geniş Balkan bazarına daxil olaq. İmkan yaranacaq ki, bu ölkələr də Azərbaycandan təbii qaz alaraq yeni mənbə əldə etsin. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2,5 trliyon kub/metrdir. Lakin Azərbaycanın təbii qaz ehtiyatları daha da artacaq. Çünki hələ də kəşfiyyat işləri aparılır. Biz ixracı şaxələndirmişik, bir neçə qaz kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Cənub Qaz Dəhlizinə 4 layihə daxildir, bu layihələrin hər biri icra mərhələsindədir. “Şahdəniz” dünyanın ən böyük qaz mənbələrindən biridir, orada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində 3 qaz kəməri inşa edilir. Sonuncu mərhələ Trans Adriatik Qaz kəməridir. Bu kəmər Xorvatiyanın yerləşdiyi regiona yaxındır. Həmin qaz kəmərinin həmin regiona uzadılması ilə məşğul ola bilərik. Bu məsələni müzakirə edəcəyik. Ümid edirəm ki, tezliklə artıq danışıqların fəal fazasına başlaya bilərik. Bu, təhlükəsizlik, enerji şaxələndirilməsi layihəsidir. Hər tərəf uduşda olacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik, avropalı istehlakçılar isə əlavə mənbələr əldə edir. Bilirik ki, Avropanın qaza tələbatı artır. Biz isə yeni mənbəyik və yeni ixrac marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla bərabər, 5 il əvvəl Avropa Komissiyası ilə enerji sahəsində strateji tərəfdaşlıq barədə müqavilə imzalamışıq”.

 

Prezident onu da bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında danışıqlara başlayır: "Qaz kəmərinin tikintisi ilə Xorvatiya ilə strateji əməkdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu belə olacaq. Enerji Azərbaycanın Avropa təsisatları və Avropa İttifaqına üzv dövlətlərlə  ilə əməkdaşlığında mühüm sahədir. Qonşu dövlətlərimiz də bu layihələrdə fəal iştirak edir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Merkelin seçkilərdən sonra ilk açıqlaması

25 Sentyabr 2017 01:26

20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb

25 Sentyabr 2017 01:22

Moskvada 8 oteldə BOMBA HƏYƏCANI

25 Sentyabr 2017 01:13

Yaponiyada "Boeing"in bir hissəsi iki min metrdən avtomobilin üzərinə düşüb

25 Sentyabr 2017 01:12

Xırdalanda itkin düşən 13 yaşlı Ülvi tapıldı

25 Sentyabr 2017 01:10

Zeytunun inanilmaz faydaları

25 Sentyabr 2017 01:03

Gecələr smartfonlardan istifadənin bədənə və beyinə QORXUNC FƏSADLARI

25 Sentyabr 2017 00:58

"Qəbələ"nin futbolçuları arasında yumruq davası

25 Sentyabr 2017 00:50

Rusiyalı general Suriyada öldü

25 Sentyabr 2017 00:36

Prezidentin qızı məhkəməyə verildi - FOTO

25 Sentyabr 2017 00:28

Sentyabrın 25-nə olan

25 Sentyabr 2017 00:25

Elza tənqid olunduğu müsabiqədən getdi

25 Sentyabr 2017 00:09

Astroloji proqnoz - 25 sentyabr

25 Sentyabr 2017 00:08

Qan artıran qidalar

25 Sentyabr 2017 00:05

Tanzaniyada avtobus aşdı

24 Sentyabr 2017 23:56

Avro-2017-də ilk ¼ finalçılar bəlli oldu

24 Sentyabr 2017 23:54

Rusiyalı general Suriyada öldürüldü

24 Sentyabr 2017 23:48

Tanzaniyada avtobus aşıb, 2 nəfər ölüb, 42-si yaralanıb

24 Sentyabr 2017 23:42

ABŞ ordusu Liviyada İŞİD-in düşərgəsini bombaladı

24 Sentyabr 2017 23:38

Myanmada hindu döyüşçülərin kütləvi məzarlığı aşkar olunub

24 Sentyabr 2017 23:32

Meksikada ölənlərin sayı 319 nəfərə çatdı

24 Sentyabr 2017 23:28

Türkiyə və İran prezidentləri arasında

24 Sentyabr 2017 23:27

Suriyada Rusiya ordusunun general-leytenantı ölüb

24 Sentyabr 2017 23:22

Suriyada rus general öldürüldü

24 Sentyabr 2017 23:14

Hacıqabulda yük maşını mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

24 Sentyabr 2017 23:13

Necati Şaşmaz "Kurtlar Vadisi"nin başlama tarixini açıqladı

24 Sentyabr 2017 23:13

Avropa çempionatı: İtaliya və Serbiya yığmaları 1/4 finala yüksəlib

24 Sentyabr 2017 23:12

Voleybol yığmamızın məşqçisi: "Azarkeşlərin dəstəyi inanılmaz atmosfer yaratdı"

24 Sentyabr 2017 22:58

Zəlzələ nəticəsində ölənlərin sayı 318-ə-ə yüksəlib

24 Sentyabr 2017 22:52

Zaqatalada meşədə baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 22:39

Ruslan Qurbanov: "Dedi "ağzını bağla" və mənə yumruq vurdu"

24 Sentyabr 2017 22:37

Ayaq qoxusunu aradan qaldırmağın ən yaxşı üsulu

24 Sentyabr 2017 22:24

ABŞ-da kilsədə atışma

24 Sentyabr 2017 22:13

Hacıqabulda qəza - yaralılar var

24 Sentyabr 2017 22:09

İtaliyada döyüş təyyarəsi dənizə düşdü

24 Sentyabr 2017 22:04

Tərlan Əhmədov: "Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik"

24 Sentyabr 2017 21:57

ABŞ-da kilsədə atışma: 6 yaralı

24 Sentyabr 2017 21:53

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12