Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırıq"

Amerikalı həmsədr: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırıq"
15:17 25 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "ATƏT-in Minsk qrupu ATƏT-in missiyasının genişləndirilməsinə böyük əhəmiyyət verir və Azərbaycan və Ermənistan prezidentlərinin tezliklə görüşəcəyinə ümid edir".
"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Yerevanda keçirdiyi brifinqdə deyib.
"Səfir Anjey Kaspşikin missiyasının genişləndirilməsinin əhəmiyyətinə inanırıq. Prezidentlər bu fikirlə razılaşıb", - deyə o bildirib.
Amerikalı həmsədrin sözlərinə görə, idealda ATƏT missiyası artıq genişləndirilməli idi, lakin detalları dəqiqləşdirmək lazımdır.
C.Uorlik həmçinin həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hər an təşkil etməyə hazır olduqlarını vurğulayıb: "Prezidentlərin görüşünün konkret tarixi bəlli deyil. Prezidentlər razılığa gəlməlidirlər. Məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib. Əlimizdən gələni edəcəyik, amma qərarı ölkə başçıları verəcəklər".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/azerbaycan-ve-ermenistan-prezidentlerinin-gorusunu-teskil-etmeye-haziriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR