Amerikalı həmsədr: “Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”

Amerikalı həmsədr: “Azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar”
15:18 25 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qarabağda aprel faciəsində çox qurban oldu, lakin heç bir tərəf başqasını ittiham etməməlidir”.

Publika.az
xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün İrəvanda keçirdiyi mətbuat kofnransında deyib.

Onun sözlərinə görə, aprel döyüşləri sülh danışıqlarının böyük əhəmiyyətə malik olduğunu göstərir: “Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu, danışıqlar üçün əhəmiyyətli əsasdır. Hansı ki, biz bu danışıqlara təşəbbüs etmək istəyirik. Düşünürük ki, atəşkəsə riayət etmək haqqında qərara hörmət ediləcək”.

Amerikalı həmsədr təmas xəttində müşahidə olunan stabilliyin prezidentlərin razılığının nəticəsi olduğunu bildirib.

“Əminəm ki, ATƏT sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılacaq”, - deyə o bildirib.

Uorlik münaqişənin həlli istiqamətində səylərini artırdıqlarını vurğulayıb: “İnanırıq ki, gün gələcək, azərbaycanlılarla ermənilər birgə yaşayacaqlar. Azərbaycanda və Ermənistanda insanların sülh və sabitlik şəraitində yaşaması mənim arzumdur”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR