Viran qalmış ölkədə məşq edirlər - FOTO

Viran qalmış ölkədə məşq edirlər - FOTO
15:32 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Qanlı vətəndaş müharibəsinin viran qoyduğu Yəməndə parkur və idman gimnastikası ilə məşğul olan fanatlar qrupu var.

Bu qrupu Məhəmməd Sami adlı yəmənli 2012-ci ildə yaradıb.

Milli.Az Barcroft-a istinadən bildirir ki, hazırda qrupun 7 üzvü var. Onlar Əhməd Vəkkas, Rami Əbdürabu, Taha Raed, Məhəmməd Qaida, Əbod Ömər və Kərəm Malikdir.

Kərəm həm də qrupun fotoqrafıdır.

Yəmənin paytaxtı Ədənin küçələrində məşq edən qrupun durumu ölkədəki vətəndaş müharibəsindən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın bombardmanlarından sonra dəyişib.

"Savaş həyatımızı dəyişdi. Bombardmanlar, ölümlər yeniyetmələri tez böyütdü. Bu savaş hamımız üçün dərs oldu. Çünki kimsə nə zaman öləcəyini bilmir", - Məhəməd Sami söyləyib.

Fotoqraf Mariya de la Quardia həyatı ilə risk edərək Ədənə yollanıb və burada Saminin qrupunun çimərlikdə, vurulub sıradan çıxarılmış hərbi texnikanın arasındakı məşqini çəkib.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/482890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR