Avropa İttifaqı İran bankına tətbiq etdiyi sanksiyanı götürüb

Avropa İttifaqı İran bankına tətbiq etdiyi sanksiyanı götürüb
15:42 25 Oktyabr 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ İranın "Saderat" bankı və onun Londondakı bölməsinə qarşı tətbiq olunan sanksiya ləğv edilib. 
"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb. 
Nazirlikdən bildirilib ki, İran bankı və onun bölməsi sanksiya tətbiq edilənlər siyahısından çıxrılıb və bu maliyyə qurumunun dondurlumuş bank hesabları açılıb.
Qeyd edək ki, Avropa İttifaqı İranın atom-nüvə proqramı ilə əlaqədar 2012-ci il martın 23-də "Saderat" bankının Londondakı bölməsinə sanksiya tətbiq etmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/avropa-i-ttifaqi-i-ran-bankina-tetbiq-etdiyi-sanksiyani-goturub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR