Almaniya polisi terrorizmdə şübhəli bilinən 14 Rusiya vətəndaşını saxlayıb

Almaniya polisi terrorizmdə şübhəli bilinən 14 Rusiya vətəndaşını saxlayıb
15:52 25 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Almaniya polisi terrorçuluğun maliyyələşdirilməsinin təşkilində şübhəli bilinən 14 Rusiya vətəndaşını müəyyən edib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, onlar 11-i kişi və 3-ü qadın olmaqla çeçendirlər.
Məlumata görə, onlar sığınacaq axtaran və qeydiyyatdan keçmiş qaçqınlardır və hazırda Almaniyada yaşamağa icazə verilməsi ilə bağlı qərar gözləyirlər.
Almaniya hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, onlardan 28 yaşlı kişi Suriyada İŞİD terror qruplaşmasına qoşulmağı planlaşdırırmış.
Almaniya prokurorluğu onu ölkə ərazisində terror aktı planlaşdırılması şübhəsi ilə 2015-ci ilin sonundan etibarən müşahidə edib.
Digər 13 şübhəli 21-31 yaş arası gənclərdir. Hazırda onlar terrorçuluğun maliyyələşdirilməsi şübhəsi üzrə yoxlanılırlar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/almaniya-polisi-terrorizmde-subheli-bilinen-14-rusiya-vetendasini-saxlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR