Yol polisi 5700 sürücünü cərimələyib

Yol polisi 5700 sürücünü cərimələyib
15:57 25 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən 2 gün ərzində inzibati xəta törədən 5700 sürücünü cərimələyib. 
Bu barədə "Report"a idarədən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-ü və 24-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 58-i sükan arxasına sərxoş halda əyləşdiyinə görə cəzalandırılıb. Sürət həddini aşdığına görə 2712 sürücü barəsində elektron protokol (MMX) tərtib edilib.
Qeyd edək ki, ötən 2 gün ərzində ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/yol-polisi-5700-surucunu-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR