Rusiya iqtisadiyyatı bu il 0,7% geriləyib

Rusiya iqtisadiyyatı bu il 0,7% geriləyib
16:07 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı azalma 2016-cı ilin yanvar-sentyabr aylarında 0,7% təşkil edib. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksey Vedev məlumat verib. Onun sözlərinə görə, Rusiyanın ÜDM-i III rübdə 0,5% azalıb.
Rusiya Statistika Komitəsinin hesabatına görə, Rusiyada ÜDM-in həcmi 2016-cı ilin ilk yarısında 0,9%, I rübdə 1,2%, II rübdə isə 0,6% azalıb. Azalmanın səngiməsinə Rusiyada büdcə xərclərinin artırılması ilə büdcə kəsirinin ÜDM-də xüsusi çəkisinin artması hesabına nail olunub. 
Xatırladaq ki, 2016-cı ildə Rusiyada büdcə kəsirinin ÜDM-də payının 3%-dən çox olması proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/rusiya-iqtisadiyyati-bu-il-0-7-gerileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR