Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək

Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisi Azərbaycana gələcək
16:17 25 Oktyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Böyük Britaniyanın baş nazirinin ticarət məsələləri üzə elçisi Baronessa Nikols gələn ay Azərbaycana gələcək".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts deyib.
Səfirin sözlərinə görə, noyabrın sonunda baş tutacaq səfər zamanı B.Nikolsla birlikdə Azərbaycana İngiltərənin 20-ə yaxın şirkətinin nümayəndələri də gələcək.
Karol Krofts onu da qeyd edib ki, Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyasının növbəti iclası gələn il Bakıda baş tutacaq.
Xatırladaq ki, komissiyanın ilk iclası bu ilin fevralın 11-də Londonda keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/boyuk-britaniya-bas-nazirinin-ticaret-meseleleri-uzre-elcisi-azerbaycana-gelecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR