Azərbaycanda beynəlxalq şirkətdən 2 ton alma oğurlanıb

Azərbaycanda beynəlxalq şirkətdən 2 ton alma oğurlanıb
16:17 25 Oktyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycandan xaricə meyvə satan beynəlxalq şirkətdən oğurluq olub.
“Report”un xəbərinə görə, DAD şirkətinin Quba rayonunda yerləşən alma bağından 2 ton alma oğurlanıb.
Şirkətin əməkdaşı Rasim Piriyev polisə müraciət edərək hadisə barədə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, DAD şirkəti Quba rayonunda yetişdirilən meyvələri xarici ölkələrə ixrac edir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanda-beynelxalq-sirketden-2-ton-alma-ogurlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR