Uorlik: "Kaspşikin missiyasının genişlənməsi vacib addım olacaq"

Uorlik: "Kaspşikin missiyasının genişlənməsi vacib addım olacaq"
16:17 25 Oktyabr 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprel hadisələri çoxsaylı insan itkisinə səbəb oldu, lakin tərəflər bir-birini günahlandırmamalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, həmin hadisələr göstərib ki, sülh danışıqları çox vacibdir: "Aprel hadisələrindən sonra təmas xəttində vəziyyət nisbətən sakitdir. Bu, bizim apardığımız danışıqlar üçün çox vacib təməl təşkil edir.

Ümid edirik ki, atəşkəsə hörmət davam etdiriləcək. Bu, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların nəticəsidir. Əminəm ki, Anjey Kaspşikin missiyasının genişlənməsi doğru istiqamətdə vacib addım olacaq". 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR