Həmsədr: "İlham Əliyevin müzakirələrə başlamasını alqışlayırıq"

Həmsədr: "İlham Əliyevin müzakirələrə başlamasını alqışlayırıq"
16:19 25 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrə başlayıb və biz bunu alqışlayırıq”.

 

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistanda səfərdə olanATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əgər Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsi müzakirə olunursa, eyni zamanda status məsələsi də müzakirə olunmalıdır: “Münaqişənin hərtərəfli həlli barədə tez-tez danışılır. Biz anlamalıyıq ki, bütün elementlər müzakirə olunmalıdır. Biz hər hansı bir mövzunu seçib, onu ümumi kontekstdən kənar müzakirə edə bilmərik. Buraya qaçqın və məcburi köçkün məsələsi, sülhməramlı qüvvələrin mandatı məsələsi daxildir. Bunlar hamısı paket müzakirələrdir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR