Xilasedici qadın: "Kişi anasını girov götürmüşdü. Əlində də qumbara..." - FOTO

Xilasedici qadın: "Kişi anasını girov götürmüşdü. Əlində də qumbara..." - FOTO
16:27 25 Oktyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

"12 yaşımdan karate ilə məşğul olmuşam. Bu işimi də idmana görə tapmışam", - deyir Aytən Rəfiyeva.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, o, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin gənc əməkdaşlarındandır. 2010-cu ildən burada çalışır.

Bütün ümidlər tükəndiyində onlar yetişir... "2010-cu ildə Avropa Çempionatına hazırlaşırdıq. Müəllimim mənim forma həvəskarı olduğumu bilirdi. Valideynimə zəng edərək, FHN-in xilasedici qız işçilər axtardığını dedi. Atamdan bunu eşidəndə, sanki mənə dünyanı verdilər. Müraciət etdim, normativlər götürüldükdən sonra bir müddət gözlədim. Və o an yetişdi - 2010-cu il dekabrın 22-də mənə zəng gəldi ki, işə qəbul olunmuşam", - Aytən danışır.

Onun ailə həyatı qurmasında da işinin böyük rolu olub. Belə ki, həyat yoldaşı onun həm də iş yoldaşıdır: "3 yaşında bir qızım var. Əvvəllər yoldaşım mütəxəssis mühafizəçi idi. İndi rabitə bölməsindədir. Fəxr edirəm ki, yoldaşımla çiyin-çiyinə xidmət edirəm".

Həmsöhbətimiz işlədiyi bu illər ərzində çox hadisələrə şahid olub: "Yataqxanada yanğın baş vermişdi. İşəridə uşaqların, qadınların səsi gəlirdi. İnanırsınız, biz xidmətə gedəndə öz həyatımızı düşünmürük. O vaxt mən nişanlı idim. İş yoldaşlarım zarafatca deyirdilər ki, "ailə qurmamışdan özünü yandıracaqsan". Əvvəl heç nədən qorxmurdum, amma ana olandan sonra qorxular yarandı. Analıq məzuniyyətindən sonra ilk işim intihar hadisəsi idi. Hansısa hündürmərtəbli obyektin işçisi binanın üzərinə çıxıb intihar etmək istəyirdi. Mən Allaha yalvarırıdım ki, atmasın özünü. Sonra bizim işçilərin, psixoloqların yardımı ilə onu aşağı endirmək mümkün oldu".

Aytən işindən çox razıdır, insanların yardımına yetişmək onu həvəsləndirir: "Gecə çağırış gəldi. "Nərimanov" metro stansiyası yaxınlığında iki avtomobil toqquşmuşdu və hər iki avtomobildə ancaq gənclər idi. Gənclərin ikisi dünyasını dəyişmişdi. Təcili Yardım həkimləri artıq ölüm diaqnozunu qoyub getmişdilər. Biz cəsədi götürmək istəyəndə cəsəd tərpəndi. Biz təlimlərdə də öyrənmişik ki, cəsədə toxunan zaman son refleks ola bilər. O refleksdən komandir özü həyacanlandı. Yenidən Təcili Yardım çağırdı. Komandir bilirdi ki, o, dünyasını dəyişib, nəbzi yox idi. Amma yenə də həkimi çağırdı ki, ürəyi rahat olsun deyə". "Bir çağırış gəlmişdi ki, evdən qoxu gəlir. Gecə ilə getdik evə. Fanarla baxırıq ki, ayaq altında heç nə qalmasın. Birdən nəsə toxundu. Fanarı yuxarı qaldıranda bir kişinin özünü asdığını gördük. Çox həyacanlı hadisə idi", - deyir Aytən.

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Aytən Rəfiyeva başına gələn növbəti hadisəni nəql edir: "Bir dəfə çağırış gəldi ki, qonşuda səs-küy var. Getdik, müharibə veteranı bir kişi anasını girov götürmüşdü. Deməli, o, illərlə anasına baxmışdı. İndi kənardan bacı-qardaş çıxıb, evi satıb bölmək istəyirdilər. Kişi də evin satılmasına razı deyilmiş. Əlində qumbara, hazır dayanmışdı ki, kimsə girsə, partlatsın. Polisin "qapını aç" çağırışına kişi "açsanız, partladacağam" cavabını verirdi. Biz binanı boşaltdıq və evə arxa pəncərədən daxil olduq. Böyük risk idi, amma kişini tuta bildik".

Odla su arasında: o məşum gecədən bir xatirə Daha bir hadisə: "Gecə saatlarında bağlı qapı çağırışı gəlmişdi. Uşaqlar pəncərədən daxil olub, görüblər ki, evdə qız var. Başlayıblar yavaş-yavaş yanına getməyə. Çalışırlarmış ki, yaxına gedib görsünlər niyə qapını açmır. Xilasedici soruşurmuş ki, "axı problem nədir, qapını niyə bağlamısan, niyə açmırsan?". 10 dəqiqə danışıb onunla. Sonda qıza toxunub, fənəri üzünə salıb və qızın özünü asdığını görüb. Həmin xilasedici böyük sarsıntı keçirmişdi". Bir dəfə intiharla bağlı çağırış gəlir: "İmkanlı ailənin övladı idi. Binanın damına çıxıb özünü atmaq istəyirdi. Soruşduq, "niyə intihar etmək istəyirsən". Dedi "anamı çağırın, əgər o, mənim üçün ağlasa, intihar etməyəcəm, əgər ağlamasa, atacağam özümü". Onu güclə sakitləşdirib aşağı düşürə bildik". "Bir müddət əvvəl Ailə Sağlamlıq Mərkəzində liftlə bağlı baş verən hadisə, yəqin ki, yadınızdadır. Çağırış gəlmişdi. Deməli, qız telefonla oynaya-oynaya lifti çağırıb. Sən demə, problem olduğu üçün kabinə gəlməyibmiş. Liftə baxmadan daxil olan qız düşmüşdü şaxtaya. Qızın çox əziyi, qırığı vardı. Tibb işçisi ora düşməkdən imtina etdi. Biz özümüz ora düşdük, ağrıkəsici vurduq, qızı çıxardıq", - müsahibimiz nəql edir.

Qeyd: A. Rəfiyeva 1991-ci ildə Bakıda anadan olub. Bakı Biznes Universitetini bitirib. Ailəlidir, bir qızı var. 14 ildir peşəkar karate ilə məşğul olur. Yığma komandanın üzvüdür. Karate üzrə Dünya Çempionatında III yeri tutub. Dəfələrlə Respublika çempionatlarının və beynəlxalq turnirlərin qalibi olub. Birinci Dan Qara kəmər sahibidir.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir - Cinsi xəstəliyə yol açır

20 Sentyabr 2017 21:43

Tibb kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib - VİDEO

20 Sentyabr 2017 21:33

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

20 Sentyabr 2017 21:28

Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunması istiqamətində davamlı səylər göstərir"

20 Sentyabr 2017 21:27

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

20 Sentyabr 2017 21:18

Rövnəq Abdullayev: "UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qərar hər birimiz üçün çox sevindiricidir"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

20 Sentyabr 2017 21:17

İlham Əliyev -

20 Sentyabr 2017 21:15

30 yaşlı qadın özünü asdı - Daşkəsəndə

20 Sentyabr 2017 21:14

İlham Əliyev -

20 Sentyabr 2017 21:04

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

20 Sentyabr 2017 21:02

Yasamal rayonunda mənzil qarət olunub - VİDEO

20 Sentyabr 2017 20:58

İlham Əliyev -

20 Sentyabr 2017 20:58

Prezident: "Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir"

20 Sentyabr 2017 20:57

Bakıda "Caspian Energy Transport Forum" keçirilib

20 Sentyabr 2017 20:52

Prezident İlham Əliyev: "Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırki prezidentidir"

20 Sentyabr 2017 20:52

"Qarabağ"ın oyununa yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 20:49