Azərbaycan neftinin ixrac olunduğu ölkələrin adları açıqlanıb

Azərbaycan neftinin ixrac olunduğu ölkələrin adları açıqlanıb
16:42 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ümumilikdə 15,1 mln. ton Azərbaycan mənşəli xam neft ixrac edilib.
SOCAR-dan “Report”a verilən məlumata görə, ixrac əməliyyatları Avropa və Aralıq dənizi regionu, habelə Asiya və Şimali Amerika istiqamətində olub.
Qeyd edilir ki, ixrac edilən xam neftin əsas hissəsi İtaliyaya (24%), Tayvana (13%), Fransaya (9%), Almaniyaya (8%), İsrailə (7%) və Hindistana (6%) təchiz edilib. “Digər həcmlərin ixrac istiqamətləri sırasında Portuqaliya, Çexiya, Tunis, İndoneziya, Xorvatiya, İspaniya, Tayland, Çin, ABŞ, Avstriya kimi ölkələri qeyd etmək olar" - şirkətdən bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-neftinin-ixrac-olundugu-olkelerin-adlari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR