Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq

Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq
16:44 25 Oktyabr 2016
34 Digər
Ölkə mətbuatı
A- A+

 

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında sərxoş olan azarkeşlərlə bağlı ciddi ölçü götürüləcək.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Sovet dönəmində olan “ayıltma evləri” bərpa olunacaq.  11 şəhərdə keçiriləcək futbol qarşılaşmalarında sərxoş azarkeşlər “ayıltma evləri”nə aparılacaq.

 

“Ayıltma evləri”ndə sərxoş azarkeşlər soyundurulacaq və yatağa bağlanacaq. Ayılandan sonra onlar  sərbəst buraxılacaq.  Bu səbəb azarkeşlərin təhlükəsizliyi daha ciddi təmin etməkdir.

 

Qeyd edək ki, bu il Fransada keçirilən Avropa çempionatında rus və ingilis azarkeşlər arasında ciddi münaqişə yaranmışdı.

 





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR