Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq - FOTOLAR

Rusiya dünya çempionatında sərxoş olanları soyunduracaq -   FOTOLAR
16:57 25 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında sərxoş olan azarkeşlərlə bağlı ciddi ölçü götürüləcək.

 

Sovet dönəmində olan “ayıltma evləri” bərpa olunacaq.  11 şəhərdə keçiriləcək futbol qarşılaşmalarında sərxoş azarkeşlər “ayıltma evləri”nə aparılacaq.

 

“Ayıltma evləri”ndə sərxoş azarkeşlər soyundurulacaq və yatağa bağlanacaq. Ayılandan sonra onlar  sərbəst buraxılacaq.  Bu səbəb azarkeşlərin təhlükəsizliyi daha ciddi təmin etməkdir.

 

Qeyd edək ki, bu il Fransada keçirilən Avropa çempionatında rus və ingilis azarkeşlər arasında ciddi münaqişə yaranmışdı.(Lent.az)


Fanat.Az










Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rusiya-dunya-cempionatnda-srxo-olanlar-soyunduracaq-t53624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR