Ərdoğan “erməni soyqırımı” konsertinə dəvət olundu

Ərdoğan “erməni soyqırımı” konsertinə dəvət olundu
17:08 25 Oktyabr 2016
122 Dünya
Ölkə mətbuatı
A- A+

Drezden simfonik orkestri “erməni soyqırımı”nı anma konsertinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəvət edib.

Publika.az xəbər verir ki, bu haqda “T-online.de” informasiya portalı bildirib.

Konsert noyabrın 13-də Almaniyanın İstanbuldakı baş konsulluğunda keçiriləcək. Konsertə həmçinin Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu da dəvət olunub.

İnformasiya portalı qeyd edir ki, dəvətdə konsertin “türk və erməni keçmişindəki yaralara həsr ediləcəyi” bildirilir. Xüsusi halda, konsertdə Osmanlı imperiyasında “erməni soyqırımı” haqqında əsər ifa ediləcək.

Qeyd edək ki, Almaniya parlamenti iyunun 2-də “erməni soyqırımı”nı tanıyan qətnaməni bəyənib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR