İran səfiri: "Yaxın 3 həftədə Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu açılacaq"

İran səfiri: "Yaxın 3 həftədə Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu açılacaq"
17:12 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qarşıdan gələn 3 həftə ərzində Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq".
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRİB-ə müsahibəsində bildirib.
Səfir vurğulayıb ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: "Ümidvarıq ki, belə işlərin görülməsi nəticəsində iki ölkə arasında münasibətlər və mübadilələr günü-gündən genişlənəcək".
Qeyd edək ki, bu yolun çəkilməsi layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırılıb. Layihədə məqsəd qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraitin asanlaşdırmaqdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR