Prezident İlham Əliyev: "Biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq"

Prezident İlham Əliyev: "Biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq"
17:22 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycanda ümumi vəziyyətlə bağlı bir neçə kəlmə söyləmək istərdim. Bildiyiniz kimi, neftin qiymətinin kəskin şəkildə düşməsi bizim gəlirlərimizi azaltmışdır. Eyni zamanda, biz builki büdcəmizdə neftin bir barrelinin qiymətini 25 dollar səviyyəsində təsbit etmişik. Bu gün artıq qiymət iki dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal ziyanla çıxacağıq. Bildiyiniz kimi, bizim şaxələndirmə siyasətimiz var. Uzun illərdir bunu həyata keçiririk. Bunun sayəsində məhz neft bizim ümumi daxili məhsulumuzun 33 faizini təşkil edir. Biz ümumi daxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Biz bu gün ixracımızın şaxələndirilməsi ilə məşğuluq. Artıq mən bununla bağlı fikirlərimi söylədim. Biz istərdik ki, Avropa bazarlarına qeyri-neft sahəsinə aid, rəqabət qabiliyyətli məhsullarla daxil olaq".
"Report"un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunda çıxışında bildirib. 
"Xanım prezidentin Azərbaycana səfəri yekunlaşmaq üzrədir. Artıq biz nəticələr barədə danışa bilərik. Nəticələr olduqca müsbətdir. Dünən çox gözəl müzakirələrimiz olmuşdur. Bütün mühüm məsələləri müzakirə etdik. Regional məsələlər ikitərəfli əlaqələr baxımından müzakirə edildi. Təbii ki, biz bu müzakirələrdə iqtisadi əməkdaşlığımıza böyük əhəmiyyət verdik. Məmnun qaldığımızı bildiririk ki, bir qrup xorvat iş adamı xanım prezidenti Azərbaycana səfərində müşayiət edir və bu gün bu biznes forumda iştirak edir. Bu səfər çox uğurlu olmuşdur. Biz strateji tərəfdaşlığımızı bir daha vurğuladıq. Əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirdik və çox müsbət əməkdaşlıq etdiyimizi bir daha təsdiqlədik. Biz dostuq, tərəfdaşıq. Siz iş adamları bu gözəl imkanlardan istifadə edərək əlaqələrinizi genişləndirməlisiniz. Çünki sərmayə qoyuluşu, birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir. Bizim gözəl siyasi əlaqələrimizi nəzərə alsaq, burada çox yaxşı perspektivlər var. Bizim çox gözəl siyasi əlaqələrimiz var və ümidvaram ki, işgüzar dairələr də bu nümunədən istifadə edəcəklər. Bizim keçmişdə də birgə layihələrimiz olmuşdur. Amma bu gün biz ticarət dövriyyəmizə nəzər salsaq görərik ki, burada iki element mövcuddur və onlar bu dövriyyənin artmasına və azalmasına təsir edir. Biri Azərbaycandan Xorvatiyaya neft satışıdır. Digəri isə Xorvatiya gəmilərinin Azərbaycana satışıdır. Bu, çox gözəl əməkdaşlıqdır. Burada idxal-ixrac əməliyyatlarından söhbət gedir. Amma düşünürəm ki, artıq zamanı yetişib ki, biz iqtisadi əməkdaşlığımızı şaxələndirək və idxal-ixrac əməliyyatlarımızı genişləndirək", - deyə dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, dünən müxtəlif formatda nümayəndə heyətləri görüşdülər və bir sıra istiqamətlər qeyd edildi. Bizim iqlim şəraitimizdən istifadə edilməsi təklif olundu və Xorvatiyadan müəyyən məhsulların idxalı müzakirə edildi. Əminəm ki, bu gün burada daha geniş şəkildə müzakirələr aparılacaq. Burada qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət gedir. Çünki biz Xorvatiyanın ixracından xəbərdarıq və siz də bilirsiniz ki, Azərbaycan hansı məhsulları ixrac edir. Odur ki, düşünürəm bu forum öz diqqətini məhz bu istiqamətə yönəltməlidir. Burada qarşılıqlı sərmayə qoyuluşu da müzakirə edilməlidir. Biz çox maraqlıyıq ki, ölkəmizdə yeni sahələr yaradılsın. Burada əczaçılıqdan söhbət gedir. Xorvatiyanın bu sahədə böyük təcrübəsi var. Biz bu baxımdan idxaldan asılı ölkəyik və düşünürəm ki, məhz əczaçılıq - dərmanların istehsalı sahəsində birgə müştərək müəssisələrin yaradılması bizim üçün faydalı olar. Çünki bizim bazar genişlənir, əhalimiz artıq on milyon nəfərə çatır və əhalinin sayı ildən-ilə artır. Bu səbəbdən bu sahə çox maraqlı ola bilər".
Dövlət başçısı deyib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri ölkənin hüdudlarından kənarda sərmayə qoyuluşu ilə məşğuldur: "Regionumuzdakı dövlətlərə milyardlarla ölçülən sərmayələr qoyulub. Eyni zamanda, Xorvatiyanın yerləşdiyi regiona, Avropanın müxtəlif ölkələrinə SOCAR, Dövlət Neft Fondu və digər özəl şirkətlərimiz tərəfindən sərmayələr yatırılıb. Bu sahədə də imkanlar nəzərdən keçirilməlidir və əminəm ki, iş adamları bunu da müzakirə edəcəklər. Digər sahələrdən biri bizim şirkətlərin Xorvatiyada infrastruktur layihələrinin icrasında iştirakı ola bilər. Biz, eyni zamanda, xorvat şirkətlərini buraya dəvət edə bilərik. Bu gün demək olmaz ki, o qədər çox xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir. Amma bu sahədə dinamik inkişafı nəzərə alsaq, biz böyük məmnuniyyətlə xorvat şirkətlərini buraya dəvət edərdik".
"Turizm sahəsi. Təbii ki, Xorvatiyanın bu sahədə çox böyük təcrübəsi var. Dünən xanım Prezidentlə söhbət edəndə mənə turistlərin sayı ilə bağlı maraqlı məlumat verdi. Biz də ölkəmizdə bu sahəni inkişaf etdirmək əzmindəyik. Bu, bizim üçün ənənəvi sektor olmamışdır. Amma indi şaxələndirmə siyasətini həyata keçirdiyimiz üçün biz də bu sahəni genişləndirməyə maraqlıyıq və artıq turistlərin artımını müşahidə edirik. Bu səbəbdən bu da müzakirələrin mövzusu ola bilər", - deyə Prezident İlham Əliyev əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan hazırda kənd təsərrüfatı sahəsinə böyük sərmayə yatırır: "Bildiyiniz kimi, biz geniş çeşiddə kənd təsərrüfatı məhsullarını ixrac edirik. İnformasiya-kommunikasiya texnologiyaları, təhsil sahələri də müzakirə edilə bilər. Ümumiyyətlə, gündəliyimizdə bir sıra məsələlər var. Amma düşünürəm ki, ticarət, idxal-ixrac əməliyyatları, sərmayə sahələri və şirkətlərimizin Xorvatiyada layihələrdə iştirakı bizim üçün olduqca çox maraqlıdır. Enerji siyasəti ilə bağlı bir neçə məqamı diqqətinizə çatdırıram. Çünki bu, artıq getdikcə bizim birgə gündəliyimizə daxil olan məsələdir. Azərbaycan ilə Xorvatiya arasında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə “Cənub” qaz dəhlizinin genişləndirilməsi, İon və Adriatik dənizləri arasında kəmərin inşası Azərbaycana imkan yaradacaq ki, biz xorvat bazarına, eyni zamanda, geniş Balkan bazarına daxil ola bilək və həmin ölkələr də Azərbaycandan təbii qaz alaraq, yeni mənbə əldə etsinlər. Bizim təsdiq edilmiş qaz ehtiyatımız 2,5 trilyon kubmetrdən çoxdur. Bu ehtiyatlar artacaq. Çünki biz hələ də kəşfiyyat işləri ilə məşğul oluruq. Bu ehtiyatların şaxələndirilmiş şəkildə ixracına nail olmaq üçün bizim müxtəlif istiqamətlərdə qazı nəql edən bir neçə kəmərimiz var. Əsas marşrut isə hazırda inşa edilir. Bu ümumi layihə “Cənub Qaz Dəhlizi” adlanır. Buraya dörd layihə daxildir və hər biri hazırda icra mərhələsindədir. “Şahdəniz-2” qaz yatağında, - bu, dünyanın ən böyük qaz yataqlarından biridir, - hasilat artırılıb və biz burada ikinci fazanın icrasına başlayacağıq. Bununla yanaşı, Avropa istiqamətində üç qaz kəməri inşa edilir. Onun sonuncu mərhələsi Trans-Adriatik qaz kəməri sizin regiona yaxındır. Həmin qaz kəmərinin Xorvatiyaya və digər qonşu dövlətlərə uzadılması ilə məşğul ola bilərik. Bunu müzakirə edəcəyik. Ümid edirəm ki, artıq biz tezliklə danışıqların fəal fazasına başlayacağıq. Bu, təhlükəsizlik, enerjinin şaxələndirilməsi layihəsidir. Burada bütün tərəflər qazanacaq. Çünki biz Avropa bazarına çıxış əldə edirik. Avropa istehlakçıları isə əlavə mənbələr əldə edir. Bilirik ki, bu gün Avropanın tələbatı artır. Biz isə yeni mənbəyik və yeni nəqliyyat marşrutu təklif edirik. Bu da bizim üstünlüyümüzdür. Bununla yanaşı, biz artıq beş il bundan öncə Avropa Komissiyası ilə birlikdə enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalamışıq. Bildiyiniz kimi, biz artıq Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi ilə bağlı danışıqlara başlayırıq. Bu sahədə böyük fəallıq var. İon-Adriatik dənizləri arasında qaz kəmərinin inşası yeni iş yerləri yaradacaq və onun tikintisinə yeni şirkətlər cəlb olunacaq. Bununla da bizim Xorvatiya ilə strateji tərəfdaşlığımız enerji sahəsini də əhatə edəcək. Bu, onilliklər boyu məhz belə olacaq. Bu, Avropa, Avropa təsisatları və üzv dövlətlərlə bizim əməkdaşlığımızın mühüm hissəsidir. Təbii ki, Avropa İttifaqının üzvü olmayan qonşularımız da bu layihədə fəal iştirak edirlər".
"Azərbaycanda çox münbit sərmayə mühiti var. Bildiyiniz kimi, biz postsovet məkanında ümumi daxili məhsulun adambaşına düşən göstəricilərinə görə birinci yerdəyik. Bu günə qədər Azərbaycana, ümumiyyətlə, 200 milyard dollar sərmayə yatırılmışdır ki, onun yarısı xarici sərmayədir. Bu gün Avropada, dünyanın digər bölgələrində böhrana baxmayaraq, biz yenə də neft-qaz sahəsinə və digər sahələrə sərmayələr yatırmaq iqtidarındayıq. Biz işsizliyi kəskin şəkildə azalda bilmişik. Bu gün bu rəqəm 5 faizdir. Regional infrastruktur proqramları həyata keçirilir. Bunun sayəsində ölkədə yoxsulluq da 5 faizə enmişdir. Biz böyük həcmdə qızıl və valyuta ehtiyatlarını toplamağa müvəffəq olmuşuq. Neftin qiyməti kəskin aşağı düşəndə biz bunun sayəsində müəyyən manevr qabiliyyəti əldə etmişik. Ümumiyyətlə, ölkəmizdə iqtisadi artımla bağlı çox müsbət ab-hava var. Biz qonşularımızla olduqca fəal şəkildə çalışırıq. Müxtəlif nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində biz qlobal nəqliyyat qovşağına çevriləcəyik. Bildiyiniz kimi, bunların biri artıq yekunlaşır. Mən Şərq-Qərb nəqliyyat dəhlizindən danışıram. Həmin dəhliz Xəzər dənizindən, Azərbaycan ərazisindən keçməklə Çindən Avropaya uzanır. Ümidvaram ki, biz bir neçə aydan sonra həmin layihənin başa çatmasını qeyd edəcəyik. Bu, Asiyadan Avropaya ən qısa nəqliyyat marşrutu olacaq. Təbii ki, biz bu layihədə də bərabər çalışa bilərik. Digər layihənin icrasına bu il başlanmışdır. Artıq bu istiqamətdə sərmayələrin qoyuluşu başlamışdır. Bu, Asiyadan, yəni, Hindistandan, Pakistandan, Fars körfəzindən, İrandan, Azərbaycandan, Rusiyadan Şimali Avropaya uzanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsidir. Bu da bizə imkan verəcək ki, on milyonlarla ton yükü öz ərazimizdən nəql edək. Bu da hazırda mövcud olan marşrutlardan ən qısasıdır. Təbii ki, bu, gözəl imkanlar açır. Təbii ki, Xəzərdən keçən bu nəqliyyat dəhlizində Xorvatiyanın təklif edə biləcəyi gözəl gəmi bərələrdən istifadə oluna bilər. Biz uzun illərdir bu gəmilərdən istifadə edirik. Yəni, bu layihə də bütün iştirakçılar üçün davamlı inkişaf və davamlı gəlir mənbəyi olacaqdır", - deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycandakı mövcud sərmayə mühiti, bütün sərmayələr dövlət tərəfindən qorunur: "Ölkəmizdə olduqca sabit iqtisadi vəziyyət var. Neftin qiyməti ilə bağlı böhrana baxmayaraq, bu, yaxşı göstəricidir ki, siz bu gün də Azərbaycana inamla sərmayə yatıra bilərsiniz. Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir. Biz neftin qiymətlərini unutmaq əzmindəyik. Ölkəmizdə yaxşı inkişaf var, amma görüləcək işlər də çoxdur. Mən Prezident olaraq ölkəmizdə xorvat sərmayələrini daha çox görmək istərdim. Amma bir daha qeyd edirəm ki, bu, qarşılıqlı maraq və qarşılıqlı fəaliyyət üzərində qurulan bir prosesdir. Bir daha qeyd etmək istərdim ki, sərmayələr, şirkətlər bizim iqtisadi əməkdaşlığımızın aparıcı qüvvəsi olmalıdır. Əminəm ki, bizim biznes dairələrinin əlaqələri də gözəl siyasi əlaqələrimizə uyğun formada inkişaf edəcək". 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dörd dövlətin xəritədə qalmaq üçün ÖLÜM-DİRİM MÜBARİZƏSİ

21 Sentyabr 2017 14:18

Azərbaycanda zəlzələ baş verdi

21 Sentyabr 2017 14:12

İllər onu belə dəyişdi...

21 Sentyabr 2017 14:10

Gömrük Komitəsindən iddialara SƏRT REAKSİYA

21 Sentyabr 2017 14:08

Sabahdan Məhərrəm ayı başlayır

21 Sentyabr 2017 14:07

Dünya liderləri və həyat yoldaşları BMT-də... - FOTOLAR

21 Sentyabr 2017 14:04

Dekabrda dollar yenidən bahalaşacaq

21 Sentyabr 2017 13:59

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşu azalmağa davam edir

21 Sentyabr 2017 13:57

Moldova prezidentinin istefası təklif edilib

21 Sentyabr 2017 13:57

Keniyada ağ rəngli zürafə ailəsi tapılıb - İlk dəfə - FOTOLAR

21 Sentyabr 2017 13:53

2018-ci il Qış Olimpiya Oyunlarının medalları təqdim olunub

21 Sentyabr 2017 13:52

Sergen Yalçın istefa verdi

21 Sentyabr 2017 13:47

"Zirə" -"İnter" və "İnter" - "Neftçi" oyunları təxirə salndı

21 Sentyabr 2017 13:47

Azərbaycanlı müğənni gözəllik yarışmasına qatıldı - FOTOLAR

21 Sentyabr 2017 13:44

Azərbaycanda “ANALOQU” OLMAYAN XİDMƏT: 7 milyon insan belə aldadılır

21 Sentyabr 2017 13:38

Fransada əsas müxalifət partiyasının sədr müavini istefa verib

21 Sentyabr 2017 13:37

"S&P" Çinin reytinqini azaldıb

21 Sentyabr 2017 13:37

Xanımları hələ də "dəli" edən yaşlı məşhurlarımız

21 Sentyabr 2017 13:35

Ali Məhkəmədə silahlı qarşıdurma

21 Sentyabr 2017 13:33

Lənkəraniski mahnısı iki gəncin HƏYATINI MƏHV ETDİ - BAKIDA

21 Sentyabr 2017 13:33

Qadının ölümünə səbəb olan sürücü tutuldu

21 Sentyabr 2017 13:29

Balakən SİLKƏLƏNDİ

21 Sentyabr 2017 13:28

Bakı Ali Neft Məktəbi Prezident təqaüdü alan tələbələrin sayına görə ölkə rekordu vurub

21 Sentyabr 2017 13:27

Vəzifəli şəxsləri barəsində cinayət işi başlandı

21 Sentyabr 2017 13:26

Balakəndə zəlzələ

21 Sentyabr 2017 13:24

Baş nazirin corabları BMT-nin iclasında gündəm oldu - FOTO

21 Sentyabr 2017 13:23

Nazəninin başına İŞ GƏLDİ: “Varlı kişi məni çağırdı masasına, əlini saldı boynuma...”

21 Sentyabr 2017 13:18

İqtisad Universitetinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

21 Sentyabr 2017 13:17

Zaqatalada zəlzələ olub

21 Sentyabr 2017 13:17

Mesut Özilin nişanlısı xəstəxanalıq oldu

21 Sentyabr 2017 13:17

"Bu il Azərbaycanla Aİ arasında sazişin imzalanmayacaq"

21 Sentyabr 2017 13:14

ABŞ və Şimali Koreya: Dünyanı hansı fəlakət gözləyir?

21 Sentyabr 2017 13:14

Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub, 250 nəfər saxlanılıb

21 Sentyabr 2017 13:12

Acun Ilıcalı toyunda 4 gəlinlik dəyişən həyat yoldaşının GƏLİNLİKLƏRİNƏ SƏRVƏT xərclədi - FOTO

21 Sentyabr 2017 13:08

Nazir müavini: "Yeni sazişdə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb"

21 Sentyabr 2017 13:07

İNTİQAM: Sevgilisinin porno görüntülərini yaydı

21 Sentyabr 2017 13:06

UEFA-dan inqilabi yenilik - Milli komandalar yarışacaq

21 Sentyabr 2017 13:03

Həyat yoldaşını, qızını döydü

21 Sentyabr 2017 13:00

Natavan "Hozu"ya klip hazırladı - VIDEO

21 Sentyabr 2017 12:59

Çiyin ağrılarının səbəbi nədir?

21 Sentyabr 2017 12:58

AVRO-2020-ni keçirəcək şəhərlər avrokubok finalından azad edilib

21 Sentyabr 2017 12:57

Atasından qalmış tüfəngi polisə verdi

21 Sentyabr 2017 12:54

Cavanşir Məmmədov “mama roza” qalmaqalından DANIŞDI: “Videonu…”

21 Sentyabr 2017 12:53

Jurnalist Azər Hüseynbala ürəyindən əməliyyat edilib

21 Sentyabr 2017 12:52

SON DƏQİQƏ: İraq ordusu Kərkükə daxil oldu

21 Sentyabr 2017 12:52

Şeyxülislam Türkiyəyə gedir

21 Sentyabr 2017 12:49

48 yaşlı Cennifer Lopes dekoltesi ilə diqqət mərkəzində - FOTO

21 Sentyabr 2017 12:48

Mahmud Məmmədquliyev: "Ai ilə Azərbaycan arasında ticarət üzrə alt komitənin iclası keçiriləcək"

21 Sentyabr 2017 12:47

DİN 5 nəfərin öldüyü hadisə barədə məlumat yaydı

21 Sentyabr 2017 12:44

Nazir müavini: "Brüsseldə Azərbaycanla Aİ arasında yeni tərəfdaşlıq prioritetləri müzakirə olunacaq"

21 Sentyabr 2017 12:42