Rihannanın rəqqasəsi yoxa çıxıb

Rihannanın rəqqasəsi yoxa çıxıb
17:41 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Beyons, Rihanna və Missi Elliot kimi ulduzlara səhnədə dəstək verən rəqqasə Şirlene Quikli itib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni Rihanna uzun müddət onunla birgə işləyən 32 yaşlı rəqqasə üçün İnstaqramda paylaşım edib.

İfaçı "Gözəl ruh, keçmiş rəqqasəm itib. Onu sevən hər kəs üçün bunun nə qədər ağır olduğunu düşünürəm, ürəyim ağrıyır. Kimsə harada olduğunu bilirsə, xahiş edirəm polisə xəbər versin" yazıb.

Xəbərsiz yoxa çıxan rəqqasənin axtarışları hələ ki bir nəticə verməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR