Maliyyə Nazirliyi hərrac keçirdi

Maliyyə Nazirliyi hərrac keçirdi
17:53 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 182 gün tədavül müddətli, 17 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23 mln. 338 min 100 manat təşkil edib.

Sifarişlər 90 manat (22,4063%) və 93.07 manat (15,0154%) qiymət intervalında təqdim olunub.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 90,9775 manat (19,9989%) orta ölçülmüş qiyməti 91,5657 manat (18,5750%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 17 mln. manat olub.

İstiqrazların ödəmə tarixi 25.04.2017-ci ildir.

İstiqrazların tədavül müddəti – 182 gündür.

Bundan başqa, bu gün BFB-də Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli 10 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə də hərrac keçirilib.

Hərrac zamanı 4 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 17 mln. 736 min 800 manat təşkil edib.

Sifarişlər 83,3500 manat (20,0860%) və 87,0940 manat (14,9001%) qiymət intervalında təqdim olunub.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86,9876 manat (15,0413%) orta ölçülmüş qiyməti 86,9919 (15,0356%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.10.2016 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 24.10.2017-ci ildir.

İstiqrazların tədavül müddəti – 364 gündür.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/pul/173499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR